Gənclər arasında özgüvəni artırmaq yolları müzakirə edilib  

16:29 15.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun  maliyyə yardımı ilə  “ Bilik gücümüzdür ” layihəsi çərçivəsində sonuncu  tədbirini 15 oktyabr 2020-ci ildə saat 14.00 təşkil etdi.

Gənclərin Tənhalara Dayaq İctimai Birliyi"nin sədri Xoşbəxt Seyidova çıxış edərək, layihə haqqında məlumat verib. Onun sözlərinə görə, pandemiya zamanı gənclərimiz qapalı vəziyyətdə olduqları üçün dəstəyə daha çox ehtiyacları var.Seminarların əsas məqsədlərindən biri gənclərimizin özgüvənlərin artırmaq, diqqətlərini təhsilə yönəltmək, həmyaşıdları ilə münasibət qurmaqda çətinlik çəkməməkdir.